Azərbaycanın həndbol millisi Litvaya qalib gəldi - AVRO-2024

 18:48 28.02.2024     296

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Redaktor.az xəbər verir ki, Bakı İdman Sarayında Litvanı sınağa çəkən yığma rəqibinə 35:33 hesabı ilə qalib gəlib.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Qeyd edək ki, yığmamız IV tur çərçivəsində martın 3-də Litvanın qonağı olacaq.