"Qarabağ"ın hücumçusu zədələndi

 19:44 28.02.2024     374

"Qarabağ"ın futbolçusu Olavio Juninyo zədələnib.

Redaktor.az xəbər verir ki, 27 yaşlı hücumçu "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIII turundan təxirə salınmış oyunda sıradan çıxıb.

Braziliyalı forvardın yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.