Qurban Qurbanovdan Juninyonun son durumu ilə bağlı açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 23-cü turunda "Qəbələ"yə qarşı matçda (4:0) zədələnən Juninyonun son durumu haqda danışıb.
Redaktor.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib:
"Tam ciddi deyə bilmərəm. Amma böyük ehtimalla problem olacaq. Sabah dəqiq bilinəcək".
Qeyd edək ki, Juninyo 40-ci dəqiqədə zədələnib və Leandro Andrade ilə məcburi əvəzlənib.