Messinin abunəçilərinin sayı 500 milyona çatdı

 22:57 28.02.2024     215

"İnter Mayami"nin futbolçusu Lionel Messinin "İnstaqram" sosial şəbəkəsində abunəçilərinin sayı 500 milyonə çatıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bunu bacaran ikinci şəxs olub.  Bu göstəricidə 36 yaşlı futbolçu hazırda 622 milyon istifadəçinin izlədiyi “Əl-Nəsr”in  hücumçusu Kriştiano Ronaldodan geri qalır.

Sosial şəbəkədə ən populyar ulduzlar siyahısında Messidən sonra müğənni Selena Qomes (429 milyon), model Kayli Cenner (400 milyon) və aktyor Dueyn Conson (396 milyon) yer alıb.

Messi ötən ilin iyulundan "İnter Mayami"də çıxış edir. Ötən mövsüm forvard MLS klubunun heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 11 qol vurub və 5 qolun ötürməsini verib.