“Həmin ssenarini “Bayer”ə qarşı da təkrarlamaq istəyirik”

 12:02 02.03.2024     282

“Bayer”lə matçda maksimum nəticə qazanmağa çalışacağıq".

Redaktor.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qarşı keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.

O, bildirib ki, yenidən Azərbaycan xalqını möhtəşəm qələbə ilə sevindirmək üçün əllərindən gələni edəcəklər:

“Artıq bu mövsüm bir dəfə “Bayer”lə Avropa Liqasının qrup mərhələsində qarşılaşmışıq. Rəqibi tanıyırıq. Onların nə qədər güclü olmağına baxmayaraq, hər şey meydanda həll olunur. “Braqa” ilə oyundakı ssenarini “Bayer”ə qarşı da təkrarlamaq istəyirik. Hədəf mərhələ adlamaqdır”.

Azərbaycan millisinin üzvü “Qarabağ FK - 30 mövsüm səfərdə” filmi barədə də fikirlərini bölüşüb:

“Çox maraqlı və maarifləndirici film alınıb. Futbolçuların ümumi şəkildə bunu izləməsi vacib idi. Bu film bizə əlavə stimul verəcək”.