Millimiz reytinqdə ilk dəfə bu qədər irəlilədi

 14:25 02.03.2024     163

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi FIBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.

Redaktor.az  xəbər verir ki, hesabında 80 xal olan təmsilçimiz 160 komandanın sıralamasında 105-ci pillədə qərarlaşıb.

Milli fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub, doğma meydanda Kosovoya qalib gəlib - 87:77. 

Nəticədə Azərbaycan yığması reytinqdə ilk dəfə bu qədər irəliləyə bilib.

Yığmanın qrupdakı rəqiblərindən İsveçrə (175,6 xal) 62-ci, Kosovo (118,2 xal) 79-cu, İrlandiya (109 xal) 88-ci pillədə yer alıb.