Bir günə biletlərin əksəriyyəti satıldı
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa bilet satışı davam edir.
Redaktor.az xəbər verir ki, bu saatadək satılan biletlərin sayı açıqlanıb.
Ağdam klubunun yaydığı məlumata görə, indiyədək 27 min bilet sahibini tapıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Leverkuzendə olacaq.