"Neftçi"də zədəli futbolçuların son durumu bilindi
"Neftçi"də Misli Premyer Liqasının 25-ci turunda “Neftçi Arena”da “Qarabağ”la keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumu müəyyənləşib.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi olaraq hazırlıq keçən Azər Əliyev fizioterapiya prosesindədir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.
Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Qarabağ" görüşü saat 19:00-da başlayacaq.