"Neftçi"nin kapitanı "Qarabağ"la oyunda zədələndi

 20:33 03.03.2024     312

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.

Redaktor.az-ın məlumatına görə, yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XXV tur matçında sıradan çıxıb.

Kapitan 51-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Eddi İsrafilov daxil olub.

Qeyd edək ki, "Qarabağ" hazırda hesabda öndədir - 1:0.