"Qalatasaray" 1-0 hesabı ilə "Beşiktaş"a qalib gəldi

 22:17 03.03.2024     351

"Beşiktaş" və "Qalatasaray" klubları Super Liqanın 28-ci həftəsində qarşılaşıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində Musratinin avtoqolu ilə "Qalatasaray" 1-0 önə keçib. Matçın ilk hissəsi bu hesabla başa çatıb.

Oyunun ikinci hissəsində hesab dəyişməyib. Qalatasaray 1-0 hesabı ilə qalib gəlib.