"Real" Ardanı bu kluba göndərir

 11:51 04.03.2024     349

İspaniyanın “Marca” qəzeti “Real Madrid”in Arda Güleri icarəyə göndərmək istədiyi klubun adını açıqlayıb.

Redaktor.az xəbər verir ki, “Real” Ardanı “Milan” klubuna icarəyə göndərmək istəyir. Bildirilir ki, Madrid komandası keçmişdə bir çox futbolçuda olduğu kimi Arda Gülerin də “Milan”da oynadıqdan sonra komandaya daha güclü qayıtmasını istəyir. Xəbərdə qeyd edilir ki, “Real” bundan əvvəl Brahim Diazı transfer etdikdən sonra “Milan”a icarəyə göndərib. Ardınca “Real”a qayıdan futbolçu uğurlu oyun nümayiş etdirməyə başlayıb.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətində 5 matçda 92 dəqiqə oynayıb.