"Rövnəq Abdullayevdən belə açıqlama gözləmirdik" - AFFA-nın vitse-prezideti
"Rövnəq Abdullayevdən belə açıqlama gözləmirdik".
Redaktor.az xəbər verir ki, bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin iclasında növbəti Hesabat-Seçki Konfransı zamanı prezidentliyə namizədliyini irəli sürməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
V.Sadıqov bildirib ki, milli assosiasiya rəhbəri iclasın sonunda bu qərarını onlara bildirib.
Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransı aprelin 2-də keçiriləcək (report).