"Braqa" futbolçusunu 20 milyon avroya satdı - Rəsmi
"Atletik" "Braqa"nın yarımmüdafiəçisi Alvaro Djalonu transfer etdiyini rəsmən açıqlayıb.
Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hazırkı komandası ilə bu mövsümü başa vuracaq və iyulun 1-də La Liqa təmsilçisinə qoşulacaq. Transfer məbləği 15+5 milyon avrodur.
Bu mövsüm Djalo bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.
Xatırladaq ki, "Braqa" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub. Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Djalo vurub.