"Əl-Nəsr" 1/4 finalın ilk oyununda uduzdu

 22:54 04.03.2024     328

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə BƏƏ-nin “Əl-Ayn” komandasına uduzub - 1:0.

Redaktor.az xəbər verir ki, meydan sahiblərinin qolunu 44-cü dəqiqədə Süfyan Rəhimi vurub. Matçın sonunda “Ən-Nəsr”in müdafiəçisi Aymerik Laport qırmızı vərəqə alıb.

Qonaqların kapitanı Kriştianu Ronaldu start heyətdə yer alıb və bütün oyunu meydanda keçirib.

Cütlük arasında cavab görüşü martın 11-də baş tutacaq. Bu cütün qalibi Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” - “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.