“O, Messi kimi oynaya bilmir” - Qvardiola

 18:42 05.03.2024     226

“Fil Foden Leo Messi səviyəsində futbolçu deyil, amma oyunlarda qalib gəlir”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Yunayted”lə (3:1) keçirilən oyunda qazandıqları qələbədən sonra futbolçusu Fil Foden haqqında danışarkən deyib.

Təcrübəli çalışdırıcı futbolçusunun yalnız oyunlarda qələbə qazandığını bildirib: “Müqayisə etmək istəmirəm, çünki Foden Leo səviyyəsində deyil. Amma inanıram ki, Foden də Messi kimi təkbaşına oyunlar qazana biləcək”.