Messi qlobal fəlakətlə mübarizə APARACAQ
Futbol üzrə dünya çempionu Lionel Messi iqlim böhranı ilə mübarizəyə başlayıb. İdmançı "Join the Planet" fondu və ekoloji cəhətdən təmiz materiallar markası ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, əməkdaşlığın bəhrəsi kolleksiya çəkmələri olacaq. Messi layihənin siması olacaq. Məhsul atılmış balıq torlarından, neylondan və təkrar emal edilmiş şüşə qapaqlarından hazırlanacaq.
Ekoloji cəhətdən təmiz çəkmələr martın sonunda satışa çıxarılacaq. Gəlir Messinin doğulduğu şəhərin yaxınlığından axan Parana çayının bərpasına yönəldiləcək.
Yusif EYVAZLI