Qurban Qurbanovdan Xabi Alonsaya sürpriz HƏDİYYƏ - FOTO

 10:30 07.03.2024     244

Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində «Qarabağ»ın qonağı olacaq «Bayer» dünən gecə saatlarında Bakıya gəlib.

Redaktor.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə baş çəkib.

O, Bundesliqanın liderinin qaldığı otelə yollanaraq, həmkarı Xabi Alonso ilə görüşüb. Qurbanov ispaniyalı çalışdırıcıya gözəl Azərbaycan xalçası bağışlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Qurban Qurbanov gecə otelə yollandı, ispana hədiyyə verdi