Almaniyalı mütəxəssis "Barselona"nın baş məşqçi postuna əsas namizəddir

 20:28 07.03.2024     308

Almaniyalı mütəxəssis Hans-Diter Flik İspaniyanın "Barselona" klubunun baş məşqçi postuna əsas namizəddir.

Redaktor.az xəbər verir ki, bu barədə "Sky Sport Deutschland" məlumat yayıb.

Bildirilib ki, klub rəsmiləri bir neçə gün əvvəl Flikin agenti Pini Zahavi ilə görüşüblər. Amma hələlik yekun qərar yoxdur və “Barselona” digər namizədləri nəzərdən keçirməyə davam edir.

Hans-Diter Flikin son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.

Qeyd edək ki, Xavi Ernandes mövsümün sonunda "Barselona"nın baş məşqçi postundan ayrılacağını açıqlayıb. Komanda hazırda La Liqada 27 turdan sonra 58 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.