Ümidlər Leverkuzenə qaldı... - “Qarabağ” - “Bayer” matçında 4 qol
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
***
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Redaktor.az-ın məlumatına görə, qonaqlar hesabı bərabərləşdiriblər - 2:2.
90+2-ci dəqiqədə Patrik Şik fərqlənib.
***
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Redaktor.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi azaldıblar.
70-ci dəqiqədə Florian Virtz fərqlənib.
Azərbaycan çempionu hazırda öndədir - 2:1.
***
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu iki top fərqi ilə öndədir - 2:0.
Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib
***
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu fasiləyə öndə yollanıb - 2:0.
Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.