Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək

 22:24 08.03.2024     300

Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.

Redaktor.az xəbər verir ki, üçüncü dəfə reallaşacaq birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.

Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcəklər. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.

Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.

Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb ediləcəklər.