Rusiyalı döyüşçü reanimasiyaya yerləşdirildi

 12:44 09.03.2024     268

Rusiyalı MMA döyüşçüsü Bibert Tumenov "Absolute Championship Akhmat" (ACA) turnirində döyüşündən bir gün əvvəl reanimasiyaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Liqanın prezidenti Aleksey Yatsenko məlumat verib.

Tumenov Moskvada keçirilən turnirdə həmyerlisi Qurban Tayıbovla döyüşməli idi.

"Tümenov Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutundadır. O, gecə əməliyyat olunub. Bu gün o, reanimasiyada olacaq, daha həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabil olarsa, reanimasiya şöbəsindən başqa yerə köçürüləcək. İndi bizim üçün onun səhhətində nə baş verdiyini anlamaq və sonra onun Qran Pridə gələcək iştirakını müzakirə etmək vacibdir”, - deyə Yatsenko bildirib.

Turan İSMAYIL