İkardi 8 Marta görə saçlarını çəhrayıya boyadı

 14:09 09.03.2024     333

“Qalatasaray”ın ulduz futbolçusu Mauri İkardi saçlarını çəhrayı rəngə boyayıb.

Redaktor.az xəbər verir ki, argentinalı forvard bunu 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə etdiyini bildirib. 

İnstaqram hesabında yeni saç rəngi ilə bağlı paylaşım edən forvard bu sözləri yazıb: “Hər günümü sevgisi ilə dolduran qadına. Mənə iki gözəl şahzadə verən qadına, yoldaşım, sirdaşım və həyatımın sevgisinə...”