İki boksçumuz Dünya Kubokunda finala yüksəldi

 11:25 10.03.2024     311

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib.

Redaktor.az-ın məlumatına görə, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib.

B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.

Z.Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.