"Bayer 04" "Qarabağ" azarkeşləri üçün bu qədər bilet ayırdı

 12:28 11.03.2024     208

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer 04"ün qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.

Redaktor.az bildirir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.

Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək.

Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.