"Arda Gülerin "Real"da böyük gələcəyi var"

 22:39 11.03.2024     304

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Arda Gülerin La Liqanın 28-ci turunun "Selta"ya qarşı matçda (4:0) çıxışını dəyərləndirib.

Redaktor.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ilk qolunu vurub.

İtaliyalı mütəxəssis Türkiyə millisinin üzvü ilə bağlı deyib: “Onun böyük istedadı var. Ardanın qolu çox gözəl idi.  Gülerin burada böyük gələcəyi var, biz buna əminik”.

Güler ​​bu mövsüm "Real"da 6 oyuna çıxıb, 1 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.