Oyun zamanı infarkt keçirdi
Misir çempionatının 16-cı turunda ötən gün keçirilən "Əl-İttihad" - "Future" matçında qorxunc anlar yaşanıb.
Redaktor.az xəbər verir ki, qonaqların futbolçusu Əhməd Refaat matçın 89-cu dəqiqəsində huşunu itərərək yerə yıxılıb.
Futbolçunu dərhal xəstəxanaya çatdırıblar. Klubun yaydığı açıqlamada bildirilib ki, həkimlərin infarkt keçirən oyunçunun ürək döyüntüsünü bərba etməsi bir saatdan çox çəkib. Hazırda xəstəxanada olan futbolçunun vəziyyətinin qeyri-stabil olduğu bildirilib.
Qeyd edək ki, 30 yaşlı Refaat Misir millisində 7 oyun keçirib və 2 qol vurub. O, sonuncu dəfə 2022-ci ildə Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunlarında milli komandada çıxış edib.