"Fənərbaxça"da müdafiəçi problemi

 23:58 12.03.2024     286

"Fənərbaxça"nın müdafiə xəttində çıxış edən 3 futbolçusu zədəlidir.

Redaktor.az xəbər verir ki, bunlar mərkəz müdafiəçiləri Rodriqo Bekan, Çağlar Söyüncü və Leonardo Bonuççidir.

Hər 3 oyunçu Konfrans Liqası 1/8 mərhələsinin cavab matçı çərçivəsində "Union"la (Belçika) oyunu buraxacaq.

Qeyd edək ki, martın 14-də keçiriləcək "Fənərbaxça" - "Union" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında Belçikada keçirilən ilk oyun İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.