"Sabah bizi maraqlı və gözəl oyun gözləyir" - "Qarabağ"ın qapıçısı

 22:00 13.03.2024     328

Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik.

Redaktor.az-ın məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Almaniyada "Bayer 04" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Rusiyalı qolkiper şansların bərabər olduğunu bildirib: "Bu, futboldur. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən şansdan istifadə etməyə və öz oyunumuzu sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.