“Qarabağ” “Bayer”ə qarşı

 09:29 14.03.2024     252

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək. 

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.