“Bayer 04” – “Qarabağ” oyununda 5 qol vuruldu - YENİLƏNİB

 02:39 15.03.2024     639

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer"in qonağı olub.

"BayArena" stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. "Köhlən atlar" 62-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.

***

00:00

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.