"Qarabağ"a 2 qol vurdu, həftənin ən yaxşısı oldu
Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu ada Patrik Şik (“Bayer”) layiq görülüb. O, Rafael Leao (“Milan”), Məhəmməd Salah (“Liverpul”) və Məhəmməd Kudusu (“Vest Hem) qabaqlayıb.
Xatırladaq ki, Patrik Şik ötən gecə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. Bu qollar "Bayer"ə qələbə və 1/4 finala vəsiqə qazandırıb.
UEFA-nın saytında keçirilən sorğudan sonra qalibin adı açıqlanacaq.