Toral Bayramovun xanımından pis şərhlərə CAVAB

 15:19 17.03.2024     410

“Qarabağ” futbol klubunun oyunçusu Toral Bayramov qızı Havinə 1 yaşı ilə əlaqədar ad günü şöləni edib.

Redaktor.az xəbər verir ki, onun xanımı Nəzrin Bayramova sosial şəbəkələrdə pis şərh yazanlar üçün video çəkib və onlara cavab verib:

“Çox iyrənc yazanlar da var. Həmişəki kimi. Sözüm ondadır ki, hər kəsə öz qəlbinin gözəlliyini arzulayıram. Yazdıqlarınıza görə təşəkkür edirəm. Pis, ya da yaxşı, fərq etmir. Bir insan həyatda xoşbəxtdirsə, başqalarının xoşbəxtliyindən də xoşbəxt ola bilər”.