“Bayer” ardıcıl yeddinci qələbəsini qazandı
Almaniya çempionatının 26-cı turunun matçında “Bayer”in futbolçuları səfərdə “Frayburq”u məğlub ediblər.
Redaktor.az xəbər verir ki, görüş 3:2 hesabı ilə leverkuzenlilərin xeyrinə başa çatıb.
“Bayer”dən Florian Virtz (2), Adam Qlojek (40) və Patrik Şik (53), ev sahiblərindən Ritsu Doan (10) və Yannik Kaytel (79) fərqləniblər.
Qeyd edək ki, Xabi Alonsonun komandasının 70 xalı var və turnir cədvəlində birinci yerdədir. “Frayburq” 33 xalla doqquzuncu pillədə qərarlaşıb.
Bayerin bu mövsüm bütün yarışlardakı məğlubiyyətsizlik seriyası 38 matça çatıb. Ölkə çempionatında klub ardıcıl yeddinci qələbəsini qazanıb.