Rusiya boksçuları Olimpiadada iştirakdan imtina etdi

 16:48 19.03.2024     425

Rusiya boksçuları Parisdə keçiriləcək Olimpiya Oyunlarının seçmə yarışlarında neytral statusda iştirak etməyəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Boks Federasiyasının baş katibi Tatyana Kiriyenko məlumat verib.

"Rusiya boksçuları heç vaxt bitərəf statusda yarışlara getməyəcəklər. Biz Vətənimizə xəyanət edə bilmərik! Biz heç kimi qınamırıq, amma aydın şəkildə formalaşmış mövqeyimiz var. Bu, bütün boks ailəsinin fikridir", - Kiriyenko bildirib.

Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalılara Parisdə keçiriləcək Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib. BOK rusların və belarusların bütün komanda yarışlarında iştirakına icazə verilməyəcəyini açıqlayıb.

Bundan başqa hərbi əməliyyatları fəal dəstəkləyən şəxslər də Olimpiadada iştirakdan imtina edəcəklər.

Hərbi və ya milli təhlükəsizlik təşkilatları ilə əlaqəli şəxslər Olimpiadaya buraxılmayacaq.

Rəsmi şəxslər müsabiqə üçün akkreditasiyadan keçməyəcəklər.

Olimpiadada Rusiya və Belarusun rəsmi simvollarının nümayişi qadağan ediləcək.

Sultan AYXAN