Noyer zədələndi
Almaniya millisinin üzvü və “Bavariya”nın qapıçısı Manuel Noyer zədələnib.
Redaktor.az xəbər verir ki, 37 yaşlı qapıçı millinin düşərgəsində məşq zamanı zədə alıb. Müayinə zamanı almaniyalıda əzələ yırtığı aşkarlanıb.
Qapıçı millinin növbəti oyunlarında iştirak edə bilməyəcəyi üçün düşərgədən ayrılıb.
Qeyd edək ki, Almaniya millisi martın 23-də Fransa, martın 26-da isə Niderlandla yoldaşlıq oyunu keçirəcək.