Dani Alves girov üçün 1 milyon avro toplaya bilmir

 19:27 21.03.2024     264

Braziliya millisinin keçmiş üzvü Dani Alves girov üçün tələb olunan 1 milyon avronu odəmədiyi üçün ən azı bir gecə həbsxanada keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “El Partidazo de COPE” nəşri məlumat yayıb.

Eyni zamanda, Alves martın 22-si yerli vaxtla saat 14:00-a qədər (Bakı vaxtı ilə 17:00) girov ödəməsə, həftə sonu həbsxanada qalacaq.

Martın 20-də məhkəmə zorlama ittihamı ilə həbs cəzasına məhkum edilmiş “Barselona”nın keçmiş müdafiəçisinin 1 milyon avroluq girov müqabilində azadlığa buraxılmasına qərar verib. Eyni zamanda Alvesin pasportları götürüləcək və məhkəmə ondan həftəlik hesabat tələb edəcək.