“Neftçi”dən iddialara CAVAB
“Neftçi” bəzi futbolçularının mövsüm sonu klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Redaktor.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
“Yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq. Bir daha media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur”,-deyə açıqlmada qeyd edilib.