"İnter"in futbolçusu 10 oyunluq cəzalandırıla bilər

 20:48 22.03.2024     422

"İnter"in müdafiəçisi Françesko Açerbi  İtaliya Futbol Federasiyasının prokurorluğuna ifadə verib. 

Redaktor.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, A seriyasının 29-cu turunda "Napoli"yə qarşı matçda rəqib futbolçu Joao Jesusu irqi zəmində təhqir etməkdə ittiham olunduğu üçün prokurorluğa çağırılıb.

Açerbinin ifadəsi bir saatdan az vaxt aparıb.

Hazırda futbolçu ilə bağlı qərar verilməsə də, günahı sübuta yetirilərsə, onun 10 və ya daha çox oyunluq futboldan uzaqlaşdırıla biləcəyi vurğulanır.

Xatırladaq ki, daha əvvəl 36 yaşlı müdafiəçi İtaliya millisinin martda keçirəcəyi yoldaşlıq görüşləri üçün iştirak ərizəsindən çıxarılmışdı. "İnter"in Açerbi ilə müqaviləni poza biləcəyi də bildirilib.