"Qəbələ" yoxlama matçında "Sabah"a qalib gəldi

 19:13 23.03.2024     386

"Qəbələ" ilə "Sabah" arasında yoxlama matçı keçirilib.

Redaktor.az xəbər verir ki, qarşılaşma "Bank Respublika Arena"da baş tutub.

Görüş "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Əyyub Allaş və Bilel Auaşeriya vurublar.

Qeyd edək ki, Azərbaycan Premyer liqasında "Qəbələ" 15 xalla sonuncu pillədədir. Aktivində 40 xal olan "Sabah" çempionatın ikincisidir.

Vumart və Güvən reklamı Vumart Güvən