Türkiyə Super Kuboku ilə bağlı yekun qərar verildi
Türkiyə Super Kuboku uğrunda keçiriləcək matçla bağlı qərar verilib.
Redektor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, görüş aprelin 7-si Şanlıurfa şəhərində təşkil olunacaq. Belə ki, “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbaxça” üz-üzə gələcək.
Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.