“Formula-1” Avstraliya Qran Prisinin qalibi məlum oldu
“Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada “Formula-1” çempionatının üçüncü mərhələsinin qalibi olub.
Redaktor.az xəbər verir ki, yarış Melburndakı Albert Park trekində baş tutub.
Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü “Maklaren”dən britaniyalı Lando Norris tamamlayıb.
Hazırkı dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen isə dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan kənarda qalıb. Həmçinin “Mersedes”in britaniyalı pilotları Lyuis Həmilton və Corc Rassel də yarışı tamamlaya bilməyiblər.
Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi aprelin beşindən yeddisinədək Yaponiyada keçiriləcək.