24 yaşlı kolumbiyalı futbolçu öldü
Boliviyanın “Real Santa Cruz” komandasının kolumbiyalı futbolçusu Gilyermo Beltran 24 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu məşq zamanı huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Beltran ürəktutmasından orada dünyasını dəyişib.
Qeyd edək ki, Beltran “Real Santa Cruz”da 21 oyun keçirib və 1 qol vurub.