Gürcüstan tarixində ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqə qazandı

 23:47 26.03.2024     331

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.

Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.

Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.

Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.

Burda rəqibindən daha üstün olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.