Neymardan gözlənilməz ADDIM - Danışıqlar BAŞLADI

 17:05 27.03.2024     246

Braziliyalı cinah oyunçusu Neymar "Barselona"ya qayıtmaq istəyir.

Redaktor.az xəbər verir ki, futbolçu "Barselona"nın prezidenti ilə sıx əlaqə saxlayır. O, kluba qayıtmaq istəyini Joan Laportanın diqqətinə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Neymarın doğma klubu "Santos"a qayıda biləcəyi bildirilirdi.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib və 222 milyon avroya PSJ-yə keçib.

"Blauqrana"da çıxış etdiyi müddətdə cinah müdafiəçisi 186 matçda 105 qol vurub. O, klubla bir neçə kubok, o cümlədən UEFA Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klublararası Dünya Çempionatını qazanıb.