“Bütün ölkə üçün bir möcüzə idi” - Messi

 23:36 27.03.2024     403

“Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi. Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq”.

Redaktor.az xəbər verir ki, bu sözləri “İnter Mayami”nin futbolçusu Lionel Messi “Big Time AS”a danışarkən deyib. O, Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olmağını xatırlayıb:

“Əgər titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi finalda Fransanı məğlub edərək (3:3, penaltilər-4:2) çempion olmuşdu. Həmin oyunda dubl edən Messi həm də turnirin ən yaxşı oyunçusu seçilmişdi.