"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Almaniyanın "Bavariya" klubu hazırkı baş məşqçisi Tomas Tuxelə 12 milyon avro təzminat ödəyəcək.
Redaktor.az "Bild"ə istinadən xəbər verir ki, klub yayda onunla müqaviləyə xitam verəcəyinə görə sözügedən məbləği ödəyəcək.
Məşqçi bir illik maaşını tam şəkildə alacaq. Lakin mümkün bonusların ödənilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasında 26 turdan sonra 60 xalla ikinci pillədə qərarlaşıb. Münhen təmsilçisi lider "Bayer 04"dən 10 xal geri qalır.