“Beşiktaş” “Qarabağ”ın qapısından üç qol keçirən futbolçunu heyətinə gətirmək istəyir
Növbəti mövsümə güclü heyətlə girmək istəyən “Beşiktaş” üçün yay transfer dövrü davam edir.
Redaktor.az xəbər verir ki, klub növbəti mövsüm vidalaşmaq istədiyi Vensan Abubakarın yerinə “Bayer Leverkuzen”in 28 yaşlı forvardı Patrik Şiki gətirmək istəyir.
Çexiyalı futbolçu bu mövsüm Almaniya yığmasında 20 matçda iştirak edib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.
“Bayer Leverkuzen”lə 2027-ci ilə qədər müqaviləsi olan Şikin transfer və ya istəyə görə icarə əsasında heyətə qoşulacağı bildirilib.
Qeyd edək ki, Patrik Şik bu mövsüm “Bayer 04”ün “Qarabağ”a qarşı keçirdiyi oyunlarda meydana çıxıb və komandamızın qapısından üç top keçirib.
“Beşiktaş”, həmçinin müqaviləsi mövsümün sonunda başa çatacaq Salih Uçanla yeni müqavilə imzalamayıb, hətta yeni təkliflə çıxış etməyib. Klub rəhbərliyinin onun yerinə alternativ kimi “Borussia Dortmund”da çıxış edən Salih Özcanı gördüyü iddia edilir.
Sarı-qara forma ilə 26 matça çıxan futbolçu heç bir oyunda nə qolu, nə də ötürməsi ilə fərqlənə bilib. 26 yaşlı futbolçunun mövsümün sonunda Almaniya komandasını tərk etməyi düşündüyü bildirilib.