Məşhur klub Zinəddin Zidana "yox" dedi
Almaniyanın "Bavariya" klubu La Liqa təmsilçisi "Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidanın xidmətində maraqlı deyil.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq paylaşımında bildirib.
Münhen klubunun rəhbərliyi fransalı mütəxəssisi bu yay baş məşqçi postuna gətirməyi düşünmür.
51 yaşlı Zidanın rəhbərliyi altında "Real" üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub. "Bavariya" daha əvvəl hazırkı baş məşqçi Tomas Tuxelin cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlamışdı.
Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasında 26 turdan sonra 60 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Bayer 04"dən 10 xal geri qalır.