Cüdoçumuz "Böyük Dəbliqə"nin finalına vəsiqə qazandı
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb.
Redaktor.az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda türkiyəli Umalt Dəmirəli məğlub edib. Onun həlledici görüşdəki rəqibi moldovalı Adil Osmanov olacaq.
73 kiloqramda çıxış edən digər cüdoçu Vüsal Qələndərzadə kiprli Kiprianos Andreuya, 81 kiloqramda yarışan Ömər Rəcəbli isə portuqaliyalı Joau Fernanduya məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.