Yeni mövsüm ÇL-də oynayacaq ilk Almaniya komandası müəyyənləşdi
Almaniya Bundesliqasından 2024/25 mövsümü Çempionlar Liqasında oynayacaq ilk komanda müəyyənləşib.
Redaktor.az xəbər verir ki, bu, “Bayer” olub. Çempionatın hazırkı lideri 27-ci turda “Hoffenhaym” üzərində bugünkü qələbədən (2:1) sonra xalını 73-ə çatdırıb. Bununla da Leverkuzen təmsilçisi ilə 5-ci pillədəki komanda arasında xal fərqi 23-ə yüksəlib və “Bayer” ÇL-ə vəsiqəni indidən təmin edib.
Xabi Alonsonun komandası bundan sonra liqadakı 7 oyunun hamısında uduzsa belə, yarışı ən pis halda 4-cü yerdə başa vuracaq. Almaniya liqasının 4-cü isə CL-ə birbaşa vəsiqə qazana bilir.
Ümumilikdə Bundesliqa Çempionlar Liqasında 4 komanda ilə təmsil olunur.